Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.
News365.az xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb.
Agentliyin mütəxəssisləri Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. İnternet mağaza
Ərazidə vəziyyətin dinamikası izlənilir.