Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.
News365.az məlumat verir ki, mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.
Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.