Çin bir Əjdaha olduğunu bütün dünyaya bəyan etdi

Çin bir Əjdaha olduğunu bütün dünyaya bəyan etdi
09:25
Çinlilərin Güc göstərən teatrı bu günə qədər gördüyümüz tək ən zirvə tamaşadır,
Belə bir Tamaşa son yüz ildə görülməyib.
Bu tamaşanın səhnəsi, tamaşaçısı, dekorları, xarakterləri, xoru və Korifeyi yunanların icad etdiyi Teatrın ən kamil rəsmini çəkdi.
Sadəcə səhnədə Faciə deyil, drama deyil, komediya deyil, Pekin operası oynanıldı.
Fərq də budur.
Hərb bir sənətdir, o sənətin kitabını yazan Çin Oyunu deyil, təklif olunanın içində aldığı Yerin zamana aid olduğunu unudur və Oyun Yerdə deyil, Göydə baş verir.
Bu Çinlilərin insanlığ tarixində ən böyük icadlarıdır.
Çinli Oyun oynamaz, Göydəki nizama tabe olub, Göydəki Bulud kimi Ayla, Ulduzla, Günəşlə birgə rəqs edər.
Yunan Göydəki gücü Yerdəki Güclə birləşdirə bilmədiyi üçün Oyun oynar və oynadığı Oyun faciə ilə bitər, Göyü hesaba almasa isə yerdəki oyun ancaq komediya olar.
Politika bir Teatrdır, Səhnəsində baş verənlər nə olursa olsun, Faciə ilə bitər,
Bu səbəbdən Yunan politikasını əsas alan Qərb Səhnədə Gücün Sərt rəsmini ən ideal çəkən Oyunbazlığ ustasıdır,
Çin isə politika bilməz, politika ilə davranmağı tanımaz,
Çinin tanıdığı Göydəki Hava onu yağış kimi yağdırar. Çinli bir yağışdır, yağdığı hər yeri isladar, yaş edər, Atəşin qaynağındakı rəngi yaşıl olduğu kimi. Atəş qırmızı görünər, amma içindəki nüvə yaşıldır. Çinlinın gözünü oxuya bilməzsən, çinli gözü isə hər şeyi rəng və xəttlə oxuya bilən tək kimlikdir.
Si Çipin bu gün Politikanın qarşısına Arzulanan Göyün təmsilçisi kimi çıxdı və Qalib komutan kimi Kommunist bir davamın tək davamçısı olduğunu göstərdi.
Marks və Lenin davamiyyətinin digital kommuna yolunda incə bir Əjdaha olduğunu bütün dünyaya bəyan etdi.
Kim əjdaha görüb?
Əjdahanı görən yoxdur, tanıyan yoxdur,
Bilən isə Çin və Çinlidir.
Əjdaha səhnəyə gəldi və təmsil etdiyi yeri bildirdi,
Sonrası, çox çətindir,
Yeni bir "Cənub" "köhnə Qərb"in dərsini verdi,
Qaldı seçim etmək.
İdris Heydərli, publisist

Sizin reklam burada
Sizin reklam burada