Bu gün ehtiyatlı olun!

Bu gün ehtiyatlı olun!
09:05

İyulun 21-də Günəşdə partlayış aktivliyinin əsasən aşağı səviyyədə qalacağı gözlənilsə də, "M" sinfinə aid partlayışların baş verməsi istisna edilmir.

Bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Mütəxəssislərin fikrincə, iki gün ərzində ümumi Günəş aktivliyi yüksək olmayacaq, lakin sondan əvvəlki güc sinfinə aid — "M" partlayışlarının baş verməsi mümkündür.
 

Alimlər xatırladıblar ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə təsnif edilir və beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum "A0.0" sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Növbəti hər bir sinfə keçid zamanı şüalanmanın gücü on dəfə artır.


Mütəxəssislər onu da qeyd ediblər ki, Günəşdəki partlayışlar plazma axınlarının atılması ilə müşayiət oluna bilər. Əgər bu cür plazma buludları Yerə çatarsa, onlar maqnit fırtınalarının yaranmasına səbəb ola bilər.

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

 

News365.az


Sizin reklam burada
Sizin reklam burada