Sürücülərin diqqətinə: Bakıda bu küçələr BAĞLANIR

Sürücülərin diqqətinə: Bakıda bu küçələr BAĞLANIR
16:00

Təmir işləri ilə əlaqədar sentyabrın 5-dən etibarən Bakının Sabunçu rayonunda iki küçədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

News365.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumatv yayıb.

Belə ki, təmir işləri Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsində yerləşən Mehdi Hüseynzadə küçəsində aparılacaq. pizza mizza

Təmir işlərinə sentyabrın 5-i saat 07:00-dan başlanılacaq. Həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılması işlər başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları xahiş olunur.


Sizin reklam burada
Sizin reklam burada