Hindistan sürətlə böyüyən hava nəqliyyatı sektorunda növbəti böyük addımı atmağa hazırlaşır. Ölkə hökuməti həm regional uçuş imkanlarını artırmaq, həm də kiçik şəhərləri hava nəqliyyatı şəbəkəsinə daha sıx bağlamaq üçün irimiqyaslı infrastruktur proqramı həyata keçirməyi planlaşdırır.
News365.az “TV BRICS”ə istinadən xəbər verir ki, Hindistan növbəti 10 il ərzində 100 yeni hava limanının tikintisini nəzərdə tutur.
Mülki Aviasiya naziri Kinjarapu Ram Mohan Naidunun sözlərinə görə, əsas məqsəd hava səyahətlərini daha geniş əhali üçün əlçatan etmək və ölkənin kiçik şəhərlərində aviasiya infrastrukturunu gücləndirməkdir.
Layihənin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 3 milyard dollardan artıq vəsait ayrılması planlaşdırılır.
Nazir bildirib ki, Hindistanın aviasiya sektoru son onillikdə sürətli inkişaf yolu keçib. Belə ki, ölkədə fəaliyyət göstərən hava limanlarının sayı 2014-cü ildə 74 olduğu halda, hazırda bu göstərici 166-ya çatıb.
Yeni proqramın icrası ilə Hindistan hava limanları şəbəkəsini daha da genişləndirərək regional aviasiyanın inkişafını sürətləndirməyi və daha çox şəhəri hava nəqliyyatına cəlb etməyi hədəfləyir.
News365.az