“Neo BOKT” ASC-nin 2025-ci il üzrə maliyyə göstəricilərində kəskin geriləmə qeydə alınıb.
News365.az xəbər verir ki, ötən il BOKT-un cəmi aktivləri 2024-cü ildəki 131 min 927 manatdan 30 min 598 manata düşüb. Bu da aktivlərin 101 min 329 manat və ya 76,8% kiçilməsi deməkdir.
Hesabat dövründə müştərilərə ayrılan kreditlər və avansların həcmi 40 min 627 manatdan 27 min 799 manata enib. Beləliklə, şirkətin kredit portfelində 12 min 828 manatlıq (31,6%) azalma baş verib. Toyuqlu pizza
Təşkilatın cəmi kapitalı 108 min 718 manatdan 28 min 610 manata geriləyərək 80 min 108 manat (73,7%) azalıb. Cəmi öhdəliklər isə 91,4% kəskin enərək 23 min 209 manatdan 1 988 manat səviyyəsinə düşüb.
BOKT-un faiz daxilolmaları 2024-cü ildəki 30 min 751 manatdan 26 min 249 manata enib ki, bu da illik müqayisədə 4 min 502 manat və ya 14,6% azdır.