News365.az xəbər verir ki, Ölkə.az özəl məktəb və liseylərin illik təhsil haqqı məbləğlərini araşdırıb.
Azərbaycan Beynəlxalq Məktəbində ibtidai siniflər üzrə təhsil haqqı 44,200 manat, yuxarı siniflər üçün 45,220 manat təşkil edir.
Avropa Azərbaycan Məktəbində ibtidai pillə üzrə illik təhsil haqqı 12 500 manat, orta siniflər üçün 14 500 manat, yuxarı siniflər üzrə isə 17 500 manat təşkil edir.
Landau Schoolda ibtidai siniflər üzrə illik ödəniş 7 300-10 200 manat, orta siniflər üzrə isə 8 300-11 600 manat arasında dəyişir.
Hədəf Liseyinin Nəsimi filialında ibtidai siniflər üçün illik təhsil haqqı 8 000-8 500 manat, orta siniflər üçün isə 5 000-8 500 manat təşkil edir.
Eyni məktəbin Hədəf Stars International Campus kampusunda 2026/27-ci tədris ili üzrə ibtidai və orta siniflər üçün təhsil haqları 9 000-11 000 manat arasında dəyişir. Cambridge proqramı üzrə I-IV siniflər üçün illik ödəniş 10 000 manatdır. V-XI siniflər üzrə isə bu məbləğ 11 000-12 000 manat təşkil edir.
Evrika Liseyində ibtidai siniflər üçün təhsil haqları 9 000-9 500 manat, orta siniflər üçün isə 10 500-11 500 manat arasında dəyişir.
Bakı Atatürk Liseyində orta siniflər üzrə illik təhsil haqqı 2 500-4 500 manat arasındadır.
Bakı İstanbul Liseyində V-IX siniflər üzrə illik ödəniş 9 000 manatdır.
Britaniya Məktəbində (British school) I-IV siniflər üçün illik təhsil haqqı 14 000-15 000 manat, tam orta təhsil pilləsində isə 16 000 manat təşkil edir.
Müasir İnnovasiyalar Liseyində ibtidai siniflər üçün təhsil haqqı 6 000-7 500 manat, orta pillədə 6 500–8 500 manat, tam orta təhsil pilləsində isə 7 000-9 000 manatdır.
İdrak Liseyində ibtidai pillə üzrə illik ödəniş 11 000-13 000 manat, orta siniflər üzrə isə 11 500 manat təşkil edir.
Kaspi Liseyində I-IV siniflər üçün təhsil haqları 6 000-11 100 manat, V-XI siniflər üçün isə 6 000-11 050 manat arasında dəyişir.
ADA Schoolda ibtidai siniflər üzrə illik təhsil haqqı 15 000 manat təşkil edir. Təhsil haqqına gündəlik yemək, eləcə də məktəbin təhsil imkanlarından və təlim resurslarından istifadə daxildir.
ADA Schoolda X-XI siniflər üzrə Milli Tədris Planı çərçivəsində illik təhsil haqqı 8 400 manat, IB Diplom Proqramı üzrə isə 11 550 manat təşkil edir.