Sirkə turşusu içən 17 yaşlı tələbə qız vəfat etdi

Sirkə turşusu içən 17 yaşlı tələbə qız vəfat etdi
19:40

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.

News365.az xəbər verir ki, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.

Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.

Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada