Biz niyə bu yolu seçdik?- Tural İrfan yazır

Biz niyə bu yolu seçdik?- Tural İrfan yazır
09:36
Dəfələrlə izah etmişik ki, sağlamlıqla xəstəliyi, dinlə xurafatı, elmlə cəhaləti birlikdə bəsləmək paradoksal vəziyyət yaradır və həlli nəzərdə tutulan problemləri daha da artırır. Meydanda bunların ikisindən biri qalmalıdır. Əks halda tolerantlıq, vəhdət, mənəvi dəyərlərin inkişafı istiqamətində görülən işlərin hamısı faydasız olacaq. Bu, Allahla İblisə eyni zamanda qulluq etmək kimi bir şeydir. Əgər xurafat, cəhalət, mövhumat, xaricə qulluq prinsipi ilə fəaliyyət göstərənlər daha da bəslənəcəksə o zaman bizim fəaliyyətimizə bir səbəb qalmır.
Bir tərəfdə xarici təsirlərə bağlı dairələrin təsiri ilə sosial məhrumetmələr ağuşunda mötədilliyi, tolerantlığı, vəhdəti, mənəvi dəyərlərin sağlam yaşadılmasını məhdud vasitələrlə təbliğ edən azsaylı mütəxəssislər, digər tərəfdə isə cəhaləti, xurafatı, mövhumatı, məzhəbçiliyi, radikalizmi, bəzən də ekstremizmi, xarici dini-siyasi liderlərə bağlılığı təbliğ edən, daha geniş imkanlara və sosial dayaqlara sahib olan fiqurlar...
Belə olmaz. O zaman mənim və məni kimilərin əməyi, fəaliyyətimiz, zəhmətimiz çaydan xəlbirlə su daşımaq kimi olacaq.
Bu mənzərə qarşısında ya fəaliyyət göstərəcəyik ya da fəaliyyət göstərməməyə məcbur buraxılmış olacağıq.
Məzhəbə və məzhəbçiliyə, xurafata və mövhumata xidmət etmədik, dövlətə və ümumi dini - mənəvi dəyərlərin sağlam yaşamasına xidmət etdik.
Tural Irfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada