Ərdoğan: “Bu Konqres türk millətinin işğalçı qüvvələrə heç vaxt boyun əyməyəcəyini göstərdi ”

Ərdoğan: “Bu Konqres türk millətinin işğalçı qüvvələrə heç vaxt boyun əyməyəcəyini göstərdi ”
22:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas Konqresinin 107-ci ildönümü ilə bağlı mesaj yayıb.

News365.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğan mesajında Sivas Konqresinin Anadolu ərazisində müxtəlif cəbhələrdə fəaliyyət göstərən milli qüvvələrin ortaq ideal ətrafında birləşməsinə imkan verən mühüm tarixi dönüş nöqtəsi olduğunu vurğulayıb.

Ərdoğan  qeyd edib ki, Sivas Konqresi türk millətinin işğalçı qüvvələrə heç vaxt boyun əyməyəcəyini və milli birlik şəraitində mübarizə aparmağa hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

“Sivas Konqresi Anadoluda müxtəlif cəbhələrdə fəaliyyət göstərən milli qüvvələrin ortaq ideal ətrafında birləşməsinə imkan verən tarixi dönüş nöqtəsidir. Bu konqreslə millətimizin heç vaxt işğalçı qüvvələrə boyun əyməyəcəyi, birləşərək mübarizə aparmağa hazır olduğu bütün dünyaya elan edildi”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri Sivas Konqresində nümayiş etdirilən milli birlik, həmrəylik və əməkdaşlıq ruhunun bu gün də Türkiyənin gücü olaraq qaldığını qeyd edib.

“107 il əvvəl bütün çətinliklərə baxmayaraq, millət olaraq nümayiş etdirdiyimiz qətiyyət bu gün “Türk Əsri” məqsədimizə çatmaqda ən güclü motivasiya mənbəyimizdir”, – deyə prezident vurğulayıb.

Ərdoğan Sivas Konqresinin ildönümü münasibətilə Qazi Mustafa Kamal Atatürk başda olmaqla, milli mübarizənin bütün qəhrəmanlarını hörmət və minnətdarlıqla yad edib.


Sizin reklam burada
Sizin reklam burada