31 illik həbs cəzası vardı: Polisdən qabyuyan maşında gizləndi

31 illik həbs cəzası vardı: Polisdən qabyuyan maşında gizləndi
20:40

Türkiyədə 31 ildən çox həbs cəzası ilə axtarışda olan şəxs polisdən gizlənmək üçün ağlasığmaz üsula əl atıb.

News365.az xəbər verir ki, polis onun gizləndiyi evə əməliyyat keçirərkən A.S.-nin izinə düşüb. Axtarış zamanı şübhə doğuran qabyuyan maşınını yoxlayan əməkdaşlar 31 il 4 ay 15 gün həbs cəzası olan şəxsi maşının içində gizlənmiş vəziyyətdə aşkar ediblər.

Polis tərəfindən saxlanılan A.S. əməliyyatlardan sonra həbsxanaya göndərilib.


Sizin reklam burada
Sizin reklam burada