“Tanrının əli” SATILDI

“Tanrının əli” SATILDI
21:41

Dieqo Maradonanın futbol tarixinin ən mübahisəli qollarından birini vurduğu “Tanrının əli” adlanan top hərracda 3,35 milyon dollara ( 5 695 000 AZN) satılıb. 

News365.az xəbər verir ki, söhbət 1986-cı il Dünya Kubokunun 1/4 finalında Argentina ilə İngiltərə arasındakı oyundan gedir. Maradona topu əli ilə qapıya göndərsə də, hakim bunu görməyib və qol qeydə alınıb. Argentina həmin qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. 

Maraqlıdır ki, hərracdan əvvəl topun 10 milyon dollara qədər satılacağı gözlənilirdi. Lakin onu alan şəxsin kimliyi açıqlanmayıb. 


Sizin reklam burada
Sizin reklam burada