İnformasiya
və sosial şəbəkə bolluğu şəraitində televiziya verilişiylə reytinq yığmaq,
daimi tamaşaçı toplamaq çox çətindir. Çünki insanların konkret saatda ekran
qarşısında oturması indi çox az təsadüf olunan faktdır.
Amma işə peşəkar
yanaşma və məsuliyyət olanda ən azı televiziyanın keçənlərdəki populyarlığını
bir saatlığa da olsa geri qaytarmaq olur.
Necə ki,
tanınmış telejurnalist Elvin Basqallı
qısa zamanda belə bir kerçəkliyə nail olub.
Belə ki,
onun bir aydan artıq aparıcısı və müəllifi olduğu “SON XƏBƏR” informasiya
proqramı çox kiçik heyətlə tamaşaçı sevgisi qazanıb. “Space”də həftə içi
yayımlanan “SON XƏBƏR” təsis olunduğu gündən “Xəzər Xəbər” istisna olmaqla,
bütün informasiya proqramlarından daha yüksək reytinq verir. Həm televiziyada,
həm də sosial şəbəkələrdə bu xəbər buraxılışının artıq milyonlarla daimi izləyicisi
var.
News365.az