Azərbaycana qarşı döyüşmüş erməni generala pis xəbər

Azərbaycana qarşı döyüşmüş erməni generala pis xəbər
14:10

General-leytenant Norat Ter-Qriqoryants Ermənistan vətəndaşlığından məhrum edilib.

News365.az xəbər verir ki, SSRİ və Ermənistan ordusunun general-leytenantı erməni mediasına bildirib ki, Ermənistan pasportunu təhvil verib. Bundan sonra ona Prezident Administrasiyasından vətəndaşlıqdan məhrum edildiyi barədə məlumat verilib.

Ter-Qriqoryants Ermənistana bir daha qayıtmayacağını deyib.

“Əlvida, mənim doğmalarım. Mən artıq heç vaxt Ermənistana gəlməyəcəyəm. Budur, bu qədər”, – general bildirib.

90 yaşlı Norat Ter-Qriqoryants 1992-1995-ci illərdə Ermənistan ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini və nazir kimi çalışıb. O, Azərbaycana qarşı təcavüzdə aktiv iştirakçılardan biri olub.  


Sizin reklam burada
Sizin reklam burada