İndoneziyada bazarda güclü yanğın: Ölənlər var

İndoneziyada bazarda güclü yanğın: Ölənlər var
13:30

İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən güclü yanğın nəticəsində 11 nəfər həyatını itirib.

News365.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, ölənlər arasında 6 uşaq da var.

Gecə saatlarında başlayan yanğın qısa müddətdə ətrafdakı ticarət obyektlərinə də keçib. Nəticədə 40-a yaxın tikili tamamilə yanıb.

Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarətə götürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada