Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
News365.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 15:30-a olan məlumatında qeyd edilib.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalan, Gəncədə 28, Goranboyda 27, Mingəçevir, Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər, Şəmkirdə 16, Zaqatala, Balakən, Şəkidə 15 m/s-yə çatır.
Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır.
______________
Azərbaycanda sentyabrın 6-dan müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
News365.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin sentyabrın 6-sı axşam saatlarından etibarən bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb.
Bəzi ərazilərdə yağıntılar leysan xarakterli olub. Ən çox yağıntı Qaxın Sarıbaş kəndində qeydə alınıb - 18 mm. Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəki (Kişçay) və Şahbuzda 5 mm yağıntı düşüb.