Keçmiş deputatın oğlu yüksək vəzifədən çıxarıldı - DOSYE

Keçmiş deputatın oğlu yüksək vəzifədən çıxarıldı - DOSYE
14:40

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

News365.az saytı Fəxri Kazımovun qısa dosyesini təqdim edir.

Fəxri Xanhüseyn oğlu Kazımov 1970-ci il oktyabrın 23-də Bakıda anadan olub. 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. 1992-ci ildə İstanbul Mərmərə Universitetinin, Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant kimi təhsilini davam etdirib. 

Əmək fəaliyyətinə 1987-1989-cu illərdə “Azərneftmaştəmir” İstehsalat Birliyin texniki nəzarət şöbəsində inspektor kimi başlayıb. 1995-ci ildə Milli Bankın Pul-Kredit Siyasəti Departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995-2000-ci illərdə Milli Bankın İdarə Heyəti sədrinin baş müşaviri olub. 2000-2002-ci illərdə Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb. 

2002-ci ildən Milli Bankın İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri kimi fəaliyyətini davam etdirib. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

2016-cı ilin avqustunda  "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2017-ci ilin dekabrında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Fəxri Kazımov Milli Məclisin sabiq deputatı, fəaliyyəti dayandırılmış Sosial Rifah Partiyasının keçmiş sədri, mərhum Xanhüseyn Kazımlının oğludur. 


Sizin reklam burada
Sizin reklam burada