Yol tikintisi zamanı minilliklər əvvələ aid saxsı qablar tapıldı - FOTOLAR

Yol tikintisi zamanı minilliklər əvvələ aid saxsı qablar tapıldı - FOTOLAR
16:14

Cəlilabad rayonunda yol tikintisi zamanı qədim yaşayış məskəninə aid olduğu ehtimal edilən arxeoloji tapıntılar aşkarlanıb.

News365.az verdiyi xəbər verir ki, hadisə rayonun Ağdaş kəndi ərazisində yol çəkilişi işləri aparılarkən baş verib. Tikinti zamanı torpaq qatının altından saxsı qablar və müxtəlif küplər üzə çıxıb.

İlkin araşdırmalar zamanı ərazidə iki küpün aşkarlandığı məlum olub. İlkin ehtimallara görə, tapılan küplər əsasən məişətdə istifadə olunan qablar olub.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, tapıntıların Son tunc – İlk dəmir dövrünə aid olması ehtimal edilir. Bu isə ərazidə qədim dövrlərdə yaşayışın mövcudluğu baxımından mühüm əhəmiyyət daşıya bilər.

Aşkarlanan arxeoloji tapıntılar barədə artıq aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə araşdırmaların aparılması və tapıntıların dəqiq tarixinin müəyyənləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Cəlilabad ərazisində müxtəlif dövrlərə aid arxeoloji abidə və maddi-mədəniyyət nümunələrinin aşkarlanması rayonun qədim yaşayış məskənlərindən biri olduğunu göstərən mühüm faktlardan hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada