Gəncədə zəncirvari qəzada xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI

Gəncədə zəncirvari qəzada xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI
15:40

Gəncədə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər evə buraxılıb.

News365.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində üç nəfər (bir qadın, iki kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Gəncə şəhərində zəncirvari qəza olub.

News365.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

KIA, VAZ-2107 və "Ford Fusion" markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdü Ülviyyə Rəsulova, 1995-ci il təvəllüdlü İlham Ələkbərov və 2008-ci il təvəllüdlü Mayıl Muradov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada