ARB televiziyası ilə yollarını ayıran tanınmış aparıcı Elgiz Əkbər yeni layihəsini təqdim edib.
News365.az xəbər verir ki, aparıcının “Şadlıq olsun” adlı proqramı bu gündən yutub platformasında yayımlanmağa başlayıb.
Veriliş sosial mövzuları əhatə edəcək.
Elgiz bildirib ki, layihə çərçivəsində ehtiyacı olan, evlənmək istəyən insanlara yardım göstəriləcək.