Beli bükülmüş vəziyyətdə dayanmaq bu psixoloji problemin ƏLAMƏTİDİR

Beli bükülmüş vəziyyətdə dayanmaq bu psixoloji problemin ƏLAMƏTİDİR
30 İyn 2024 18:16

El dilində “qozbellilik”, elmi adıyla isə kifoz onurğada olan qabarmaya deyilir. Bir çox şəxslər istəmədən çiyinlərini yığır, kürək nahiyəsi əyri gəzir və oturur. Həddən artıq olan əyrilik qamətə mənfi təsir edir və normal duruşu çətinləşdirir. Çox vaxt kifoz estetik problemlər də yaradır. İnsan kənardan necə göründüyünü fikirləşir və bu təbii ki, onu narahat edir.

Bir çox hallarda çiyinlərin yığılması və daha ağır forması olan kifozu psixoloji problemlərlə, özgüvənsizliklə əlaqələndirirlər.

Bəs bu, nə dərəcədə doğrudur?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, belə adamlar yüklü, əzgin, büzülmüş bir vəziyyətdə dayanır və bu əsasən özgüvənsizlikdən qaynaqlanır:

“Təbii ki, insan belə dayandıqca, onurğa da ona uyğun bir forma ala bilər. İnsan əsasən müxtəlif komplekslər, özgüvənin aşağı olmağı, yorğunluq, əzginlik, daim stress altında olmaqdan bədəni bu qurulu alır. Çox vaxt çiynini yığan adamlar xroniki yorğunluq sindromundan əziyyət çəkirlər.

Biz həmişə insanlara tövsiyə edirik ki, özgüvəni əldə etmək üçün onurğanı dik tutmaqdan başlamaq lazımdır. Yəni bir nitqiniz və ya çıxışınız varsa, mütləq onurğanızı düz tutmalı, buxununuzu tamam düz saxlamalı, inamla yeriməli, ayaq üstə inamla dayanmalısınız. Başı aşağı salmaq olmaz. Bütün bunlar bir davranış patterni olaraq insanda özgüvəni, özünə inamı artırmış olur”.

Nuranə Daxilqızı, 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər