Qan qrupu qidalanmada mühüm amildir- MARAQLI SİYAHI

Qan qrupu qidalanmada mühüm amildir-  MARAQLI SİYAHI
27 İyn 2024 09:02

Bildiyimiz kimi insanlar qan qrupuna görə fərqlənir. Sən demə, qan qrupuna görə də insanların qida rasionu da dəyişir.

Bəs, hansı qan qrupunun daşıyıcıları hansı qidalardan qaçmalı və yaxud yaxın durmalıdır?

I qan qrupu.

Olar: Ət (ət məhsullarının bütün növləri)

Balıq (bütün növləri), dəniz məhsulları, meyvə tərəvəz (bütün növləri), brokkoli, yaşıl salat, ispanaq, kəpək unu.

Az miqdarda olar: yulaf yarması, qarabaşaq,

Olmaz: kələm, qarğıdalı, buğda, paxla, dondurma, kartof, mərci, mayalı un məmulatları, ketçup, turşular, turş meyvələr (ananas), sitrus (bütün növləri).

Olar: Yaşıl çay, itburnu, zəncəfil cayı, nanəli cay, cökə (lipa) çayı.

Az miqdarda olar: pivə, çaxır, adaçayı (şalfey), çobanyastığı, moruq yarpağı, jenşen, pisikotu (valerian).

Olmaz: kofe, tünd içkilər, dazı otu, səna çayı, çiyələk yarpağı.

Olar: Fiziki təlim, aerobika, qaçış, üzgüçülük, xizəkdə sürüşmə.

II qan qrupu

Olmaz: Ət (hər növ), balıqlardan (hisə verilmiş), balıq kürüsü, süd məhsulları, mayonez, buğda unu, bibər (hər növ), sirkə, ketçup, pomidor, dondurma, qənd, şokolad, yağ (qarğıdalı, oraxis), portağal, naringi, banan, kokos, papaya, turş meyvələr və giləmeyvələr.

Olmaz: Duzlu qidalar - kələm, xiyar, duzlu balıq.

Olar: Zeytun yağı, soya, tərəvəzlər (hər növ), ananas, sarımsaq, soğan, yerkökü, kartof, brokkoli, paxlalı bitkilər, yumurta.

Az miqdarda olar: Yağsız pendir, yağsız kəsmik, toyuq, hind toyuğu, balıq.

Olar: qəhvə, yaşıl cay, qırmızı çaxır, kök, ananas, qreyfrut, albalı şirələri, limon suyu.

Olmaz: qara çay, portağal şirəsi, moruq, çiyələk.

Olar: Fiziki təlim - yoqa, tay-çize.

III qan qrupu

Qlütenli qidalar olmaz (buğda, çovdar, arpa, yulaf yarmaları ilə istənilən qidalar).

Olar: Ət (bütün növləri), hind toyuğu, balıq (bütün növləri), yumurta, paxlalı, tərəvəz (bütün növləri), tərəvəz salatları, meyvələr (bütün növləri).

Olmaz: dəniz məhsulları (balıqdan başqa), toyuq, qarabaşaq, buğda unu, qarğıdalı (hər novü, hətta yağları), balqabaq, zeytun, pomidor, mərci, araxis.

İçkilər olar: Yaşıl çay, ot çayları (moruq yarpağı, kəklikotu), biyan kökü, şirələr (kələm, ananas, üzüm, quşüzümü).

Az miqdarda olar: pivə, caxır, qəhvə, qara çay, portağal şirəsi.

Olmaz: tomat şirəsi, bağ meyvələri.

Fiziki təlim: yürüş, tennis, üzgüçülük, yoqa, tayçi, velosiped.

IV qan qrupu:

Olar: qoyun, dovşan, balıq, hind toyuğu, süd məhsulları (yağsız pendir), zeytun yağı, qoz, araxis, tərəvəzlər (bütün növləri), meyvələr (turş növlərindən başqa), ananas.

Olmaz: qarabaşaq, qarğıdalı (bütün növlər və yağları), acı bibər, qara zeytun, turş meyvələr, qırmızı ət, tumlar (hər növ), buğda unu.

Az miqdarda olar: paxlalı bitkilər.

İçkilər olar: qəhvə, yaşıl çay, çobanyastığı çayı, jenşen, zəncəfil, itburnu.

Az miqdarda olar: pivə, caxır, nanəli çay, pişikotu, nanəli çay.

Olmaz: cökə, səna çayı.

Azər Qismət, yazıçı publisist


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər