İntim həyat hansı yaşda bitir?- MARAQLI NÜANSLAR

İntim həyat hansı yaşda bitir?-  MARAQLI NÜANSLAR
01 İyl 2024 09:32

Gənclər həmişə düşünürlər ki, ehtiraslı intim həyat ancaq onlara aiddir. Pensiyaçılar isə yalnız birlikdə seriallara baxırlar. Ancaq yaşlı insanlar barədə parklardan, diskotekalardan və hətta qocalar evlərindən gələn sevgi xəbərlərinin sayı bunun əksini göstərir. Hər kəs sevgi istəyir. Sevgininsə yaşı olmur. Bu məsələdə həlledici amil sağlamlıq vəziyyətidir.

News365.az- xəbər verir ki, rusiyalı mama-ginekoloq, tibb üzrə fəlsəfə dooktoru Yevgeniya Pekaryeva mövzu ilə bağlı maraqlı paylaşım edib.

O deyir ki, fizioloji nöqteyi-nəzərdən cinsi fəaliyyət zamanı heç bir şey onu narahat etmədikdə və həm reproduktiv sistem orqanlarından, həm də digər orqanlardan (bronxial astma, ürək çatışmazlığı, deformasiya edən osteoartrit) şikayətçi olmadığı müddətdə yaşlı qadınlar intim həyat yaşaya bilərlər:

“Qadının cinsiyyət orqanı və cinsi əlaqədə olmaq istəyi varsa, o zaman heç nə ona mane olmamalıdır.Lap 70 yaşdan çox yaşı varsa belə…Qadın libidosu həyat boyu əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu bir çox amillərdən asılıdır. Əsas olanlar irsiyyət, daxili orqanların anatomik xüsusiyyətləri, hormonal səviyyələr, emosional əhval-ruhiyyə, menstrual dövrünün mərhələsi, yaş, ginekoloji xəstəliklərin olması və ya olmamasıdır. Həyatınızın istənilən mərhələsində siz intim həyatdan həzz ala bilərsiniz. Və bundan utanmamalısınız”.

Kişilər yaşlandıqca ereksiya qabiliyyətini itirirlər?

Bu barədə danışan həkim bildirib ki, bəzi yaşlı kişilər impotensiyadan əziyyət çəkir. Erektil disfunksiya (iktidarsızlıq) əsasən üzvi pozğunluqlar (şəkərli diabet, damar xəstəlikləri, hormonal problemlər, fiziki zədələr), nevroloji pozğunluqlar və müəyyən dərman qəbul edərkən baş verir.

Belə vəziyyətdə gündəlik həyat tərzinə, düşüncə tərzinə, qidalanmaya, hərəkətliliyə baxmaq lazımdır. Öz həyatınızın mənasını axtarmağı, inkişaf etdirməyi və dolğun, zəngin bir həyat sürməyi öyrənin. Əgər həyat ümidsiz və darıxdırıcıdırsa, depressiya başlayır. Lakin depressiya ilə mütləq libido azalacaq. Ona görə də fiziki və mənəvi cəhətdən sağlam olan istənilən yaşda olan kişi intim həyat yaşaya bilər. Ancaq yaşlı adamlar qüvvətləndirici preparatlardan uzaq durmalıdırlar”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər