Azərbaycanın Çin ilə münasibəti təqdirəlayiqdir - Ekspertdən AÇIQLAMA

Azərbaycanın Çin ilə münasibəti təqdirəlayiqdir - Ekspertdən AÇIQLAMA
05 İyl 2024 23:42

"Düşünürəm ki, həm Çin ilə olan münasibətlər, həm də ŞƏT-da iştirak təqdirəlayiqdir."

Bu sözləri News365.az-a açıqlamasında siyasi şərhçi Rasim Musabəyov deyib. O, həmçinin ŞƏT-nın digər qurumlardan fərqləndiyi müsbət cəhətlərədə toxunub. 

"Şanxay Əməkdaşlıq Təşkilatı bəlkə də, indi Avropa Birliyindən sonra hərkəsin tanıdığı və iqtisadi, siyasi gücünə görə dünyada qüdrətinə görə seçilən əhəmiyyətli bir qurumdur. Səkkiz nüvə silahına malik olan ölkələrdən dördü ŞƏT-in üzvüdür. Dünya iqtisadiyyatının ikinci və üçüncü pilləsində yer tutan Çin, Hindistan həmin təşkilata üzv ölkələrdəndir. Nəzərə almaq lazımdır ki, bizim coğrafi yaxınlığımız mövcuddur. Bu təşkilatın bir sıra üzvləri var ki, hansıki onlar Mərkəzi Asiya dövlətləridir və Azərbaycanın uzun müddətdir bu ölkələrlə mədəni, iqtisadi münasibətləri var."

Böyük bir kütləyə xitab edən Avropa Birliyi və ŞƏT arasındakı fərq nədir? Bu barədə R.Musabəyov geniş izah verib:

"Avropa Birliyindən fərqli olaraq ŞƏT-da heçkimə dərs demək kimi bir iddia irəli sürülmür. Konkret qaydalar müəyyən edilir və həmin qaydalar çərçivəsində hər bir ölkə öz daxili siyasətini inkişaf etdirir. Heçkim gəlib onlara müəllimlik iddia etmir."

Həmçinin siyasi şərhçi Azərbaycan və Çin münasibətləri haqqında fikirlərinidə açıqlayıb. 

"Çin dünyada hər keçən gün daha da artan iqtisadi bir gücə malikdir. Eyni sözləri indi Hindistanada şamil edirlər. Azərbaycanın dövriyyəsi ilk olaraq Çin ilə, Mərkəzi Asiya dövlətləri ilə ilbəil artır. Vəziyyət belə olduqda Azərbaycan prezidenti həm ŞƏT-da iştirak etməsi, həm Çin ilə strateji tərəfdarlıqla bağlı bəyanat qəbul etməsi sübut edir ki, biz Qərb və Avropayla münasibətləri qırmırıq, ancaq həmin münasibətləri düzgün şəkildə Şərq və Mərkəzi Asiya tərəfdaşlarımızla balans yaradırıq. Belə olduqda, Azərbaycanın müstəqillik və imkanları hər keçən gün daha da genişlənəcək. Düşünürəm ki, həm Çin ilə olan münasibətlər, həm də ŞƏT-da iştirak təqdirəlayiqdir."


Youtube kanalımız

Oxşar xəbərlər