Bugün sosial şəbəkələrdə mərhum ilahiyyatçı, Məşədi Dadaş məscidinin
mərhum imamı Hacı Şahin Həsənlinin məzarının görüntüsü yayılıb. Görüntülər
sosial şəbəkə istifadəçilərində məzarın dağıdılması ilə bağlı yalnış iddialar
yaradılıb.
News365.az-ın məlumatına görə, mərhum ilahiyyatçının
məzarı və ətrafı ailəsi tərəfindən abadlaşdırılır.
Beləki, məzarın ətrafında abadlıq işləri görülüb və məzarın
üstü də yenilənir. Yayılan görüntülər də həmin yeniləmə işlərini əks etdirir. Məzarın
dağıdılması ilə bağlı iddialar əsassızdır.
Xatırladaq ki, Hacı Şahin Həsənli 2023-cü ilin mart ayında ürəktutmasından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub.