Avtomobil yollarında mal-qara otaranlar
2 min manatadək məbləğdə cərimə olunacaqlar.
News365.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə
təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtomobil yollarında,
prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin
təhlükəsizliyinin pozulmasına, avtomobil yollarının torpaq sahələrində
mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara
aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən
edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq
yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə görə, fiziki şəxslər otuz
manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli
manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.