Toylar ləğv olunur? - Müğənnilər DANIŞDI

Toylar ləğv olunur? - Müğənnilər DANIŞDI
04 Okt 2024 17:53

Xəbər verdiyimiz kimi, COP29-a hazırlıq tədbirləri sürətlə davam edir. Bununla belə, toy kimi əvvəlcədən planlaşdırılan kütləvi tədbirlərin ləğvi məsələsi gündəmdədir. Bəs bu barədə şou əhlinin fikri necədir? Onlar bu barədə nə düşünür?

Bu barədə News365.az-a açıqlamasında müğənni, əməkdar artist Firuzə İbadova açıqlama verib. Onun sözlərinə görə, toy sadəcə müğənnilərin deyil, bir çox şəxslərin gəlir mənbəyidir.


“Toy, şənlik, tədbir və ya kütləvi tədbirlər bir çox şəxsin gəlir mənbəyidir. Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul edilən bütün qayda-qanunlara riayət etməliyik. Fərqində olmalıyıq ki, verilən qərarların hər biri vətəndaşların rifahını və yaxşılığını düşünülərək atılan addımdır. 

Nəzərə almaq lazımdır ki, bu tip məclislərin kütləvi qadağası bəzi işçilər üçün ciddi fəsadlara səbəb ola bilər. Biz toyların ləğv edildiyi dövrdə (Covid) ciddi çətinliklər yaşadıq. Düşünürəm ki, müəyyən çərçivə daxilində daha az iştirakçı ilə toyları qeyd etmək mümkün ola bilər. Qeyd etdiyim kimi, dövlətin verdiyi qərarlar cəmiyyətin yaxşılığını düşünülərək atılan addımlardır. Toyların ləğvi isə sadəcə sənət adamlarına, müğənnilərə maddi zərər vermir. Şadlıq saraylarında çalışan şəxslər, gözəllik salonunun işçiləri, bu sahə ilə məşğul olan digər sahibkarlara da mənfi təsir edir.”

Skripka ifaçısı Aydan Cabbarlı isə açıqlamasında qeyd edib ki, o da toyların ləğvinə görə narahatdır.


“Cop29 ilə bağlı indidən təşviş yaşayıram, çünki karantin dövründə bu həyəcanı yenə keçirmişdik. Allah həmin günləri uzaq etsin. Yolların bağlanması, toyların olmaması mənim kimi işi toydan keçən şəxslərə pis təsir edir. Rayonlarda dəvətli olduğum tədbirlər var. Həmin tədbirlərə necə gediləcək, nə ediləcək heç bilmirəm.”


Youtube kanalımız

Oxşar xəbərlər