Rusiya Uqledarın işğalından sonra daha da irəli gedəcək

Rusiya Uqledarın işğalından sonra daha da irəli gedəcək
09:11

"Donetsk Xalq Respublikasında" Uqledarın tutulmasından sonra Rusiya Xüsusi Hərbi Əməliyyatın Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə məqsədlərini yerinə yetirməyə davam edəcək".

Bu fikri Rusiya Dövlət Dumasının deputatı Andrey Krasov Lenta.ru-ya açıqlamasında deyib.

O qeyd edib ki, “Qoşunlarımız addım-addım qoşunlarımız prezidentin müəyyənləşdirdiyi tapşırığın yerinə yetirilməsinə yaxınlaşır. Bu, Ukraynanın deazizasiyası və demilitarizasiyasıdır”.

Krasovun sözlərinə görə, Ukrayna ordusu cəbhənin müxtəlif hissələrində məskunlaşdığı əraziləri tərk etdiyi üçün cəbhə xətti artıq Ukrayna Silahlı Qüvvələri üçün “çat verir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər