Prezident İlham Əliyev Cəbrayıla səfərlərində orada saysız
obyektlərin açılışında iştirak edib
Bu gün cəbrayıllılar çox unudulmaz fəxrli
anlar yaşayırlar. Çünki artıq onlar erməni işğalından azad olunmuş öz ata-baba
yurdlarına dönüblər. 30 ildən artıq müddətdə Cəbrayılın həsrətində yaşayanlar,
cəbrayıllı olub, amma Cəbrayılda dünyaya gəlməyən gənclər öz yurdlarına
dönürlər. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən
qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr
tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl
şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. Cəbrayıllılar bu torpaqların yerli və
əzəli sakinləri olduqlarını bununla bir daha göstərirlər. Eyni zamanda Azərbaycanın Ali Baş Komandanına, milli
ordumuza minnətdarlıqlarını bildirirlər. Çünki Cəbrayıl rayonunun sakinləri 27
il yurd həsrəti çəkmişdirlər. 1993-cü ilin 23 avqustunda Ermənistan tərəfindən
Cəbrayıl rayonu işğal olduqdan sonra onlar qaçqın və məcburi köçkün
olmuşdurlar. 44 günlük Vətən müharibəsi zamanı əldə oluna şanlı Qələbə ilə bu
həsrətə son qoyulub. Oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunması, digər
rayonların da işğaldan azad olunmasına bir yol açdı. Bugün Cəbrayıl rayonunda
Azərbaycan Ordusunun əsgərləri keşik çəkir.
Hazırda
Cəbrayılın mərkəzi meydanında
Azərbaycanın dövlət bayrağı dalğalanır. Azərbaycanın Prezidenti İlham Əliyev
Cəbrayıla ilk səfərində bu meydanda dövlət bayrağımız qaldırmışdır. Əlbəttə ki,
hər işğaldan azad olunan rayonda belə Azərbaycan bayrağının qaldırılması bizim
üçün çox böyük qürur hissidir.
Azərbaycan
ordusunun əsgərləri Cəbrayılın işğaldan azad olunması yolunda çox böyük şücaət
göstərmişdi və dövlətimiz tərəfindən bu rayon uğrunda döyüşənlərin əməyi
qiymətləndirilmişdir. Onlarla bağlı medal təsis
edilmişdi. Belə ki, 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad
olunmasına görə” medalı təsis olunmuşdur. Cəbrayıl rayonunun işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik
və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797
hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif
edilmişdir. Bu, Azərbaycan dövlətinin öz əsgərinə, ordusuna, vətəndaşlarında
verdiyi əməyin əyani təcəssümüdür. Sözün
həqiqi mənasında bu torpaq uğrunda
döyüşənlərə dövlətimiz tərəfindən diqqət olunur. Əlbəttə ki,
Cəbrayılın azad olunması uğrunda da
şəhidlərimiz oldu. Allah o şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə Allahdan
şəfa diləyirik. Amma bütün hallarda bu torpağın uğrunda döyüşənlər hər zaman dövlətimizin nəzər,
diqqətindədir.
Lakin erməni
vandalizmi Cəbrayıl rayonundan da yan keçməyib. Dağtumas kəndinin yaxınlığında
yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”,
“Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə
məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik
kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər
kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar
kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və
məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal
zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Bütün bunlara baxmayaraq
hazırda Cəbrayıl rayonu da yenidən qurulur, bərpa edilir. Cəbrayıl rayonunda
aparılan quruculuq işləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir.
Ölkəmizin başçısı Cəbrayıla səfərlərində orada saysız obyektlərin açılışında
iştirak edib. Prezident İlham Əliyev 04 oktyabr 2021-ci ildə Cəbrayıl
ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin
bərpasının təməl daşını qoyub. Dövlətimizin başçısı cəbrayıllılarla müzəffər
Ordumuzun Qələbəsindən sonra ilk dəfə həmin gün görüşüb. Cənab Prezident
oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhərinin işğalçılardan
azad olunduğu şanlı tarixi birlikdə qeyd edib. Görüşdə geniş çıxış edən
Prezident İlham Əliyev oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan
xalqını “Cəbrayıl şəhəri azad edilmişdir!” xoş müjdəsi ilə sevindirdiyini
xatırladıb: “Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir
daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik
fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad
etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox
idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad
olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən
görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz
burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu
istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim
əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz
şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən
istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Həmin gün Cəbrayıl şəhərinin baş planının
təqdimatı olub və bundan sonra rayonda fəal işlər başlanılıb. Və hazırda bütün
bu işlər artıq şəhərin baş planına əsasən aparılır. Baş plana əsasən Böyük
Mərcanlı kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər
əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları
layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki
məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən
"Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci
mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük
Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək
evlər iki, üç, dörd və beş otaqlı olacaq.
Cəbrayıllılar
artıq 4 oktyabr - Cəbrayıl şəhəri gününü elə Cəbrayılda qeyd edirlər. Bu da hər
bir soydaşımız üçün çox böyük bir fəxrdir. Bununla bağlı Azərbaycanın müxtəlif
yerlərində, xüsusən də Cəbrayılda bayram tədbirləri keçirilir. Biz şanlı
Qələbəmizin sevincini böyük qürur hissi ilə yaşayırıq.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə
müəllimi,
Azərbaycan
Respublikasının Əməkdar müəllimi