Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı
Roman Qolovçenkonun müşayiəti ilə Minskdə Azərbaycan Ticarət Evində olub.
News365.az xəbər verir ki, bu barədə Nazirlər
Kabineti məlumat yayıb.
Hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə
məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına
çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.
Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədovun və Belarusun
Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər
“İstisu” mineral suyunun təqdimatı keçirilib.
Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su
zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC
arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.
Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının
Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət
Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və
Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.