Payız qripindən necə qorunaq? - Həkimdən XƏBƏRDARLIQ

Payız qripindən necə qorunaq? - Həkimdən XƏBƏRDARLIQ
27 Sen 2024 09:42

Havalar soyuduqca insanlar arasında xəstəliklərin sayı da çoxalır. Və demək olar ki, rastımıza çıxan hər 3 adamdan biri qrip olur. Qripin kütləvi yayılma imkanı olan məkanlardan biri də məktəblərdir. Məktəblərdəki sıxlıq, həm də uşaqlarda özünənəzarətin olmaması bu təhlükəni xeyli artırır

Bəs, payız günlərində özümüzü bu qriplərdən necə qoruyaq?

Suala tanınmış həkim Vaqif Qarayev aydınlıq gətirdi. News365.az –a açıqlamasında o bildirdi ki, mövsümi viruslar indiki havanı, insan sıxlığı olan yerləri "sevir":

“Son vaxtlar qızdırma ilə müşaiyət olunan xəstəlikləri təkcə məktəblə bağlamaq düzgün olmazdı. Amma bu faktdır ki, məktəb başlayandan xəstə uşaqların sayı artıb.  Viruslardan qorunma yolları haqqında illərdi hər gün deyilir. Bir məsələni yenə vurğulayaq- xəstə uşaqlar məktəbə getməməlidir.  Hər sinifdə 30-35 uşağın olması da bir başqa problemdir. Onsuz da belə şəraitdə oxumaq mümkünsüzdür. Amma virusa tez yoluxacaqlar. Bu arada ölkədə qripə qarşı vaksinasiya başlayıb”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər