“Hizbullah” İsrail hərbçilərini vurduğunu bildirib

“Hizbullah” İsrail hərbçilərini vurduğunu bildirib
09:09

“Hizbullah” hərəkatı İsrailin şimalında İsrail əsgərlərinin cəmləşdiyi yerə raket hücumu həyata keçirib. 

News365.az xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatda deyilir.

“Şənbə günü, oktyabrın 5-də İslam müqaviməti “Kfar Giladi” qəsəbəsi ərazisində İsrail hərbçilərinin cəmləşdiyi yerə raket zərbəsi endirib”, - deyə bəyanatda bildirilir. 

“Hizbullah” bundan əvvəl hava hücumu sirenlərinin səsləndiyi “Kfar Yuval” kəndində də İsrail Müdafiə Qüvvələrinin şəxsi heyətini məğlub etdiyini açıqlayıb.

Hərəkatın məlumatına görə, onun döyüşçüləri Livanın İsraillə sərhədi yaxınlığında yerləşən “Əl-Adisa” şəhəri ərazisində irəliləməyə cəhd edən İsrail hərbçiləri ilə toqquşub.

 


Youtube kanalımız

Oxşar xəbərlər