Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verdi

Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verdi
04 Okt 2024 21:59

Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herzqovinada baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.


News365.az xəbər verir ki, nazirlik bu barədə X hesabında paylaşım edib.


"Bosniya və Herzqovinanın Yablanika şəhərində torpaq sürüşməsi və daşqınların törətdiyi, çox sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir. Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir və Bosniya və Herzqovina ilə həmrəy olduğumuzu bildiririk", - paylaşımda deyilir.


Youtube kanalımız

Oxşar xəbərlər