Bu gün müəllimlərin peşə bayramıdır.
Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının
birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini
müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd
imzalanıb.
"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.