Azərbaycanın qələbəsini qəbullana bilmirlər - ŞƏRH

Azərbaycanın qələbəsini qəbullana bilmirlər - ŞƏRH
25 Sen 2024 12:10

Cənab prezident İlham Əliyevin milli məclisdə çıxışı çox mühim əhəmiyyət kəsb edir. Eyni zamanda bu proqram xarakterli bir çıxış idi. Azərbaycanın müasir vəziyyəti, dünyada baş verən proseslər, Azərbaycanın rolu və görülən, gələcəkdə görüləcək işlərlə bağlı verilən əsas bəyanatlar idi.”


News365.az xəbər verir ki, bu sözləri açıqlamasında müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

“Hər bir istiqamətlə bağlı cənab prezident ayrı-ayrı açıqlamalar verərək öz fikrini bildirdi.  Əsas məqamlardan biri, Vətən müharibəsi və anti terror əməliyyatlardan sonra suverenliyimizin tam bərpa olunmasıdır. Prezident seçkiləri, parlament seçkiləri illər sonra suverenliyimizin bərpa olunduğu ərazilərdə, Azərbaycan bayrağı altında həyata keçirildi. Bu, əhəmiyyətli bir məsələdir. Təbii ki, bu istiqamətdə də hansı addımların atılacağını, gələcək perspektivi, daxili və xarici siyasətlə bağlı prezident İlham Əliyev öz fikrini çıxışında bəyan etdi.”

Müsahibimiz açıqlamasında hərbi gücün artırılmasının vacibliyini vurğulayıb.

“Ən mühim istiqamət təbii ki, milli təhlükəsizliyin təmin edilməsidir. Məlumdur ki, cənab prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edir ki, suverenlik, ərazi bütövlüyü, hər bir Azərbaycan vətəndaşının rifahı qarşıya qoyulan əsas məqsəddir.  

Təbii ki, hərbi gücümüzün artırılması, suverenliyimizə gələcəkdə iqtisadi və digər istiqamətdə atılacaq addımlarda güc mütləq şəkildə lazımdır. Buna səbəb isə Ermənistanda revanşist qüvvələrin baş qaldırmasıdır.

Ermənistan hakimiyyətini bir vasitə kimi istifadə edərək, tək Azərbaycanla deyil, qonşu dövlətlərə qarşı istifadə etmək Qərbin əsas marağıdır. Buna görə də güclü olmaq, hər bir sənaye kompleksini daha da inkişaf etdirmək ən vacib məsələdir.

Müxtəlif ölkələrin təsiri ilə hərəkət edən, özlərinin xarici və daxili siyasəti olmayan Ermənistan, güya arxasında dayanan, ondan vasitəçi kimi istifadə edən, bizim qələbəmizi həzm etməyən ölkələrlə əlbir olub Azərbaycana qarşı məkrli siyasət aparmaqdadır.  

Hərbi Sənaye Kompleksinin inkişafı, yeni silahların, yeni texnologiyaların əldə edilməsi, istehsalı kimi əsas istiqamətlər vacibdir. Döyüş qabiliyyətinin artırılması üçün ən müasir silahlar istehsal olunmalı, onlardan istifadə edəbiləcək kadr potensialı yetişdirilməlidir.

Hərbi Sənaye Kompleksinin gücləndirilməsi ölkə gücünün inkişafı, yeni iş yerlərinin açılması, məhsulların ixrac edilməsi deməkdir.

Ən ciddi məsələlərdən biri sərhədlərin qorunmasıdır. Ermənistanla sərhədlərdə delimitasiya və demarkasiya işləri başlayıb. 13 km məsafə artıq delimitasiya və demarkasiya olunub.

Ermənistandan hər vaxt müəyyən təxribat gözləmək olar. Bu gün vizual kəşfiyyatçılar yalan uydurmalarla gələrək Azərbaycan-Ermənistan şərti sərhədində dayanıblar. Onlar yalan məlumatları qərbə ötürür və demək olar ki, Fransa bu işdə çox daha ciddi fəallıq göstərir. Onlar Azərbaycanın müstəqil daxili və xarici siyasətini, qələbəsini həzm edə bilmir.”

 


Youtube kanalımız

Oxşar xəbərlər