Sem dayı obrazı nəyi simvolizə edir?

Sem dayı obrazı nəyi simvolizə edir?
25 Sen 2024 09:53

“ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu olan UNCLE SAM- Sem dayı obrazı simvol olsa da bəzi ölkələrdə bu imperializm siyasəti kimi təsəvvür edilir. Ona görə də Amerikaya qarşı etiraz aksiyalarında ABŞ bayrağı ilə birlikdə Sem dayının müqəvvası da yandırılır”.

Bunu News365.az –a müsahibəsində tarixçi alim Zaur Əliyev deyib. O bildirib ki, 1812-ci ildən etibarən Amerika müdafiə nazirliyi hərbi hissələrə üzərində made in U.S. (Amerika istehsalı) abreviaturası ilə ərzaqlar göndərməyə başladı:

“Bu ərzaqları Samuel Vilson adlı bir iş adamının istehsalı olan şirkət göndərirdi. Made in U.S-əsgərlər arasında zarafatla Uncle Sam-Sem dayı bizi ac qoymaz deyimini yaratdı. Bu sözün effekti əsgərlər arasında o qədər nüfuz qazandı ki, digər şirkətlər də made in U.S yazmağa başladılar. 13 mart 1852-ci ildə NY Lantern Weekly qəzeti Sem dayının ilk şəklini dərc etdi. Ənənəvi obraz əsasən rəssam Tomas Nast tərəfindən 19-cu əsrin ikinci yarısında nəşr olunan siyasi cizgi filmləri prototopi əsasında yaradılmışdır.

Sem dayı Amerika simvolunun prototipinə çevrildi, sonradan bir çox plakatlarda təsvir edildi, onlardan ən məşhuru amerikalıları “I want you for U.S. army “ şüasrı ilə hərbi xidmətə cəlb edilməsi idi”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər