Nizami rayonunda fərdi evdə yanğın baş verdi

Nizami rayonunda fərdi evdə yanğın baş verdi
04 Okt 2024 21:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.


FHN-dən news365.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.


Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Əlavə məlumat veriləcək.


Youtube kanalımız

Oxşar xəbərlər