"27 Sentyabr müasir tarixin qızıl səhifəsidir" - ŞƏRH

"27 Sentyabr müasir tarixin qızıl səhifəsidir" - ŞƏRH
28 Sen 2024 13:53

“27 Sentyabr tarixi Azərbaycan xalqının ən qürurlu, şanlı günlərindən biridir. Həmin tarixdə Azərbaycan xalqı öz kimliyini bir daha dünyaya nümayiş etdirdi. 27 Sentyabr tarixinə qədər keçmiş münaqişə vəziyyətinin dinc vasitələrlə tənzimlənməsi üçün əlimizdən gələn səyi göstərdik.”

Bu sözləri News365.az-a açıqlamasında siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyib. O, 44 günlük zəfərin başlanğıcı olan 27 Sentyabr tarixinin əhəmiyyəti haqqında danışıb.



“Ölkə prezidenti qeyd edirdi ki, biz öz torpaqlarımızı hərbi yolla işğaldan azad etmək gücündəyik. Azərbaycanın bu çağırışlarına dünya ictimaiyyəti lazımi reaksiyanı vermədi. 27 Sentyabr tarixində Azərbaycan sübut etdi ki, sərgilədiyi mövqe heç də ritorik deyil. Bu mövqe və fikirlərin arxasında real güc, potensial dayanırdı.

Bu tarixdə Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, biz ərazilərimizi işğaldan azad etmək əməliyyatına da başladıq. Azərbaycan ordusu nəyə qadir olduğunu bütün dünyaya sübut etdi."



"Müharibənin ilk həftəsində işğalçı Ermənistan ordusunun 20-25%-i məhv edilmişdi. Ermənistan ordusunun müdafiə sədlərini ağır coğrafi şəraitdə yararaq öz torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik.

Bu, Azərbaycan xalqının obrazını bir daha dünyaya tanıtdı. Dünya bir daha gördü ki, Azərbaycan xalqı çox sülhsevər xalqdır. Çünki öz torpaqlarını hərbi yolla işğaldan azad etmək imkanına malik olsa da, o qan tökülməməsi, geniş miqyaslı müharibənin baş verməməsi üçün keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə tənzimləməyə çalışırdı.

Azərbaycanın bu mövqeyi düzgün reaksiyayla qarşılanmadığı zaman biz öz torpaqlarımızı hərbi yolla işğaldan azad edərək dünyaya nümayiş etdik ki, həqiqətəndə hər zaman öz torpaqlarımızı Ermənistan işğalından  hərbi yolla azad etmək imkanımız var."

Müsahibimiz açıqlamasında Azərbaycanı daha böyük hədəflərin gözlədiyini vurğulayıb. 

 

"27 Sentyabr Azərbaycanın müasir tarixinin qızıl hərflərlə yazılmış, “Qarabağ Azərbaycandır!” ifadəsini əbədiləşdirən tarixidir. Bu tarix bir çox şeyin təməli oldu. Biz tarixi inkişafımızın yeni mərhələsinə qədəm qoymuşuq. Bu mərhələdə bizi daha böyük hədəflər, uğurlar gözləyir."


Youtube kanalımız

Oxşar xəbərlər