Prezident İlham Əliyev: “İqtisadi inkişaf templəri inkişaf etmiş bir
çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”
Hazırda Azərbaycan dövləti üçün ən mühüm
məsələlərdən biri də iqtisadiyyatın inkişaf etdirilməsi və şaxələndirilməsidir.
Sentyabrın 26-da Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr
olunmuş müşavirənin keçirilməsi Azərbaycan dövləti tərəfindən iqtisadi
inkişafın diqqət saxlanılmasının bir göstəricisidir. Müşavirdə gələcək iqtisadi
inkişafla bağlı müzakirələr olub. Prezident İlham Əliyevin müşavirədəki
çıxışından da göründü ki, iqtisadiyyatın şaxələndirilməsi davam etdiriləcək:
“İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3
faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və
ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və
düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf
templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini
üstələyir”. Əlbəttə ki, bunun üçün də lazımi bütün adamlar atılır. Azərbaycan dövlətinin
iqtisadi inkişafında neft hasilatı çox mühüm əhəmiyyət kəsib edir. Azərbaycan
dövləti neft hasilatının yüksəldilməsi məsələsini daima diqqətdə saxlayır.
Bütün hallarda dövlətimizin başçısının da qeyd etdiyi kimi, neft hasilatının
azalmasına imkan verilməməlidir. Prezident çıxışında neft hasilatının
sabitliyinin təmin edilməsinə və bu zamanı buraxılan nöqsanlara toxunub,
aidiyyəti şirkətlərlə bu istiqamətdə danışıqların aparıldığını qeyd edib. Cənab
Prezident bundan sonra artıq belə nöqsanların olmayacağını xüsusilə vurğulayıb:
“Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi
olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan
neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət
Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək”.
Azərbaycan dövləti neftdən gələn gəlirləri artıq digər sahələrə yönləndirilir.
Bunda da məqsəd neftdən gələn gəlirlərin sayəsində digər sahələrin, qeyri-neft
sektorunun inkişaf etdirilməsidir. Bununla artıq qeyri-neft sahələri inkişaf
etdikcə, artıq Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə müsbət təsirini
göstərəcək. Ümumiyyətlə, dövlətin iqtisadi inkişafı tempi yüksələcək.
Azərbaycan
dövləti tərəfindən iqtisadi inkişafa nail olmaq üçün islahatlar aparılıb,
həmçinin uzunmüddətli iqtisadi strateji fəaliyyət planı icra edilib. Bu gün də
Azərbaycan dövləti onun müsbət nəticələrini görür. Xüsusən 44 günlük Vətən
müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq, abadlıq
işləri, hərbi sənayenin gücləndirilməsi və s. xərclər artıb. Amma buna
baxmayaraq, yenə də ölkə öz iqtisadi dayanıqlığını saxlayır. Eyni zamanda ölkədə həssas təbəqədən olan
insanların pensiyalarının artırılması məsələsi diqqətə saxlanılır. Demək olar
ki, hər il pensiya və əməkhaqqıları artırılır. Bu xoş xəbəri cənab Prezident
iqtisadi müşavirədə verib: “Gələn il minimum əməkhaqqı və minimum pensiya
artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə
vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı,
Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz
həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün
əlimizdən gələni edirik”.
Mühüm
məsələlərdən biri də ölkəyə xarici investorların cəlb olunmasıdır. Artıq
Azərbaycan sabitlik ölkəsi kimi bütün dünyada tanınır. Vətən müharibəsindən
sonra Cənubi Qafqaz regionunda münaqişəyə son qoyulub və təhlükəsizlik təmin
edilib. Bundan sonra Azərbaycana xarici investorların marağı artıb.
Ümumiyyətlə, Azərbaycanın iqtisadi strategiyasında xarici investorların cəlb
olunması xüsusilə mühüm bir fəaliyyət planıdır.
Prezident İlham Əliyev deyib ki, xarici sərmayələrin cəlb olunması üçün,
xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri
həyata keçirilir: “Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan
vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün,
suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini
təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət
sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların
adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son
illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət
suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi
müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük”. Artıq biz
xarici investorların, hətta işğaldan azad olunan torpaqlarda sərmayə qoymalarını müşahidə edirik. Xüsusən,
yaşıl enerji ilə bağlı xarici investorlar bu ərazilərə çox böyük sərmayələr
yatırırlar. Bu da cənab Prezidentin düşünülmüş siyasətinin nəticəsidir. Artıq
xarici investorlarda Azərbaycana inam və etibar var.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin
Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə
fəlsəfə doktoru, dosent