Bu gün səhər saatlarında Bakıya yağan yağışdan sonra
asfaltın köpüklənməsi müşahidə olunub. Bunun nədən qaynaqlandığı ictimaiyyətdə
sual doğurub və narahatlıq yaradıb.
News365.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı nəqliyyat
eksperti Aslan Əsədov sözügedən vəziyyəti atmosferin çirkli olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, həmin köpüyün yuyucu tozu ilə əlaqəsi
yoxdur:
"Köpüklənmə həm də asfalt qatqıları ilə bağlıdır. Bilirsiniz,
asfaltın üzərində həm atmosferin çöküntüləri, həm də maşınların özlərinə
yapışan kirli maddələr olur. Su dəyəndə köpüklənmə baş verir".
A.Əsədov deyib ki, atmosfer çirkli olduğu üçün yağışla bərabər
digər materiallar da asfalta hopur:
"Çoxu elə bilir ki, yolu sabunlu su ilə yuyurlar deyə
köpüklənir. Qeyd edim ki, köpük işlək yollarda olur. Su çox olanda yox, az
yağış yağan zaman köküplənmə effekti yaranır".