Azərbaycan neftinin qiyməti 81 dolları ötdü

Azərbaycan neftinin qiyməti 81 dolları ötdü
05 Okt 2024 09:45

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 faizə yaxın artıb.


News365.azxəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,79 % artaraq 81,47 ABŞ dolları təşkil edib.


Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

 


Youtube kanalımız

Oxşar xəbərlər