Avropa İttifaqı Mülki Missiyası BÖLGƏDƏN GEDƏCƏK - EKSPERT

Avropa İttifaqı Mülki Missiyası BÖLGƏDƏN GEDƏCƏK - EKSPERT
13:23

Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti hələlik davam edir. Lakin bu missiyanın mandatının məhdud müddətə nəzərdə tutulduğunu bildirən siyasi təhlilçi Rasim Musabəyov News365.az-a açıqlamasında qeyd edib ki, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh müqaviləsində sərhəddə üçüncü dövlətlərin qüvvələrinin olmaması xüsusi vurğulanıb.

Ekspertin sözlərinə görə, missiyanın qalması belə Ermənistan sərhədinə yaxın olmamalıdır: 

“Avropanın müşahidə missiyası hələlik öz fəaliyyətini davam etdirir. Sadəcə olaraq, çaşqınlıq yaratmamaq üçün son zamanlar bir-iki məntəqədə, bəzi nöqtələrdə Azərbaycan sərhədinə yaxınlıqda görünə bilər, ancaq missiyanın mandatı demək olar ki, iyirmi yetdincisinə qədər nəzərdə tutulub. Və qeyd olunduğu kimi, sərhəddən uzaqlaşması bizim Ermənistanla paraflandırılmış sülh müqaviləsində bir bənddə göstərilib ki, sərhəddə üçüncü dövlətlərin heç bir qüvvəsi olmamalıdır. Bu, o deməkdir ki, o missiya qalsa belə, Ermənistanda sərhədə yaxın gəlməməlidir. Hal-hazırda, indi, o müqavilə imzalanmalıdır, ratifikasiya olunmalıdır ki, bu tələb həyata keçirilsin.”


Sizin reklam burada
Sizin reklam burada