ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvadadır?

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvadadır?
12:10

Latviyadan Rusiyanın hava məkanına daxil olan ABŞ təyyarəsi “Vnukovo” hava limanına enib.

TASS-ın yaydığı məlumata görə, bu barədə aviadispetçer dairələrindəki mənbə bildirib.

"Təyyarə Vnukovoda enib", - o qeyd edib.

Mənbə təyyarənin Rusiyaya hansı məqsədlə gəldiyini dəqiqləşdirməyib. Ölkələr arasında müntəzəm hava əlaqəsi yoxdur.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Rusiyada Prezident Vladimir Putinlə görüşə bilər.


Sizin reklam burada
Sizin reklam burada