Yaxın Şərqə dair Rusiya-Türkiyə danışıqları başlayıb

Yaxın Şərqə dair Rusiya-Türkiyə danışıqları başlayıb
13:14

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı ikitərəfli məsləhətləşmələr başlayıb.

Bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, danışıqlar qapalı şəkildə aparılır.

Məsləhətləşmələrdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və onun türkiyəli həmkarı Burak Akçapar Yılmaz iştirak edir.

Tərəflərin əsas regional məsələlər, ilk növbədə Suriya və Fələstindəki vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada