Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
News365.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
İclasda həmçinin Təhlükəsizlik Şurasının üzvü olmayan prezident Vaaqn Xaçatryan da iştirak edib.
İştirakçılar ölkənin təhlükəsizliyi və xarici siyasəti ilə bağlı məsələləri müzakirə ediblər.
Təhlükəsizlik Şurasının tərkibinə baş nazirin müavinləri, xarici işlər naziri və güc strukturlarının rəhbərləri daxildir.