Türkiyədə bu gün ikinci dəfə zəlzələ baş verib. Bu dəfə təkanlar Mərmərə dənizində Böyükçəkməcə sahillərində qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.
Bildirilib ki, zəlzələ 3.6 bal gücündə olub. Episentr 7.8 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Kütahya şəhərində 4,5 maqnitudalı zəlzələ olub.