Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun vəziyyəti bağırsaq keçməməzliyini aradan qaldırmaq və qarın divarını bərpa etmək üçün keçirdiyi cərrahiyyə əməliyyatından sonra pisləşib.
Bu barədə xarici KİV məlumat yayıb.
Həkimlər Bolsonarunun reanimasiyada qalacağını bildiriblər. O, bir neçə müayinədən keçməli olacaq.
Qeyd olunur ki, Bolsonarunun səhhətindəki problemlər 2018-ci il seçki kampaniyası zamanı bıçaqlandıqdan sonra keçirdiyi çox sayda əməliyyat nəticəsində kəskinləşib.
Xatırladaq ki, 11 aprel 2025-ci ildə Braziliyanın keçmiş prezidenti Rio Qrande bələdiyyəsində keçirilən tədbirdə özünü pis hiss edib və daha sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 14-də Bolsonaru bağırsaq əməliyyatı keçirib. Keçmiş prezidentin həyat yoldaşının verdiyi məlumata görə, əməliyyat 11 saatdan çox davam edib və uğurlu keçib.