Pakistandan nüvə xəbərdarlığı

Pakistandan nüvə xəbərdarlığı
11:50

Pakistan və Hindistan arasındakı münaqişə nüvə qarşıdurmasına çevrilə bilər.

TASS-ın yaydığı məlumata görə, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

"Dünya birliyi nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Hər iki ölkə nüvə dövlətidir", - nazir qeyd edib.

Xatırladaq ki, aprelin 22-də "Ləşkər-e-Taiba" terror qruplaşmasının silahlı üzvləri məşhur turizm şəhəri olan Pahalqamda (Cammu və Kəşmir ittifaq ərazisi) terror aktı törədiblər. 25 Hindistan və 1 Nepal vətəndaşı həlak olub, çoxlu sayda insan yaralanıb. Hücum edənlər qaçmağa müvəffəq olublar.


Sizin reklam burada
Sizin reklam burada