Cammu və Kəşmirdəki terror aktı ilə əlaqəsi olduğu ehtimal olunan şəxslərin yaşadıqları iki evdə partlayışlar baş verib.
TASS-ın yaydığı məlumata görə, bu barədə PTI agentliyi yazıb.
Rəsmilərin agentliyə verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri "Ləşkər-e-Taiba" qruplaşmasının iki üzvünün evlərində axtarış apardığı zaman bu binalarda yerləşdirilmiş partlayıcı qurğu partlayıb.
Partlayış nəticəsində binalar dağılıb. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.